Ukrayna hakimiyyəti müəyyən şərtlər daxilində 100 gün ərzində seçki keçirməyə və NATO üzvlüyündən imtina etməyə razılaşmağa hazırdır.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" öz mənbələrinə istinadən məlumat verir.
Mənbələrin sözlərinə görə, rəsmi Kiyev müəyyən şərtlər daxilində ABŞ-nin planının hər iki bəndini (prezident seçkisinin keçirilməsi və NATO üzvlüyündən imtina) qəbul etməyə hazırdır.
Bundan əlavə, Kiyevin hazırkı təmas xəttini "dondurmağa" hazır olduğu, lakin qoşunlarını bütünlükdə Donbasdan çıxarmaqdan imtina etdiyi bildirilir.