Mahaçqalada yol polisi patruluna hücum zamanı iki polis əməkdaşı həlak olub, daha ikisi isə xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Dağıstan üzrə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilir ki, yaralı polis əməkdaşları xəstəxanaya yerləşdiriliblər.
Daha əvvəl verilən məlumatda ilkin olaraq üç polis əməkdaşının öldüyü bildirilirdi.
Mahaçqalada yol polisi patruluna hücum edən silahlılardan biri birbaşa onu videoya çəkən şəxsi nişan alıb.
Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Son məlumata görə, atışma nəticəsində üç polis əməkdaşı həlak olub. Hücum edənlərdən ikisi məhv edilib, daha ikisi isə xidməti maşınla qaçıb.
Xəstəxanaya yeddi nəfər çatdırılıb, onlardan birinin 12 yaşlı qız olduğu bildirilir. Yaralılardan biri xəstəxanada ölüb.
Mahaçqalada (Rusiya) üç yol polisi əməkdaşı Kərimov və Məhəmmədtahirov küçələrinin kəsişməsində naməlum şəxslər tərəfindən güllələnib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "112" "Telegram" kanalı xəbər verir.
İlkin məlumata görə, hücum DYP patrul xidmətinə edilib, bundan sonra hücum edənlər həlak olan polislərin xidməti avtomobili ilə hadisə yerindən qaçıblar.
"İki naməlum şəxs DYP patrul xidmətinə hücum edib, polislərə şiddətli atəş açıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları həlak olublar", - məlumatda deyilir.
Hazırda hücum edənlərin şəxsiyyəti müəyyənləşdirilir, onların olduğu yer isə məlum deyil. Baş vermiş hadisə ilə əlaqədar regionda "Tutma" planı elan edilib.
Məlum olub ki, cinayətkarlar xidməti avtomobili qaçırıb və onunla hadisə yerindən uzaqlaşıblar.