Pentaqonun döyüş sursatı ehtiyatları təhlükəli dərəcədə azalıb və ABŞ hərbi komandanlığı yaranmış vəziyyətdən ciddi narahatdır.
Oxu.Az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, hava hücumundan müdafiə vasitələrinin ehtiyatlarının tükənməsinin əsas səbəbi İranla müharibə olub.
Bildirilir ki, ABŞ müharibədən əvvəlki ehtiyatlarla müqayisədə THAAD hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan raketlərin təxminən 80 faizini, "Patriot" zenit-raket kompleksləri üçün raket ehtiyatlarının isə yarısını istifadə edib.
CNN qeyd edir ki, sursat çatışmazlığı məsələsi ABŞ Prezidenti Donald Trampın ötən həftə İrana qarşı yeni zərbələrdən imtina qərarı ərəfəsində də müzakirə olunub.
Mənbələrin sözlərinə görə, yüksəkrütbəli hərbi müşavirlər son həftələr ərzində azı ikinci dəfə prezidentə əsas silah ehtiyatlarının kritik həddə azalması barədə xəbərdarlıq ediblər.