Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

KİV: "Si Cinpin Tramp ilə ticarət müharibəsində qalibdir"
ABŞ Prezidenti Donald Trampın hərtərəfli idxal rüsumları tətbiq etməsi dünya nizamını dəyişəcək və bu siyasətin açıq qaliblərindən biri də Çin lideri Si Cinpindir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşrində məlumat verilir.
Çin ABŞ-nin son rüsum artımına cavab olaraq gələn həftədən etibarən ABŞ məhsullarına 34 faiz həcmində tarif tətbiq edir. Bu addım D.Trampın Çin məhsullarınaqarşı rüsumları artıran hərəkətlərinə qarşılıqlı cavabıdır.
Bundan əlavə, nəşr xatırladır ki, Pekin onlarla ABŞ şirkətini qara siyahıya salaraq, onların ticarət, investisiya və ixraca çıxışını məhdudlaşdırıb.
Bundan başqa, Çin yüksək texnoloji istehsal üçün lazım olan nadir metalların ixracına məhdudiyyətlər qoyub və qəzetin fikrincə, bu, qlobal tədarük zəncirlərinə ciddi təsir göstərə bilər.
"The Wall Street Journal" mövcud vəziyyəti Si Cinpin üçün "strateji hədiyyə" adlandırır, çünki Pekin kritik vacib idxal mallarına alternativ mənbələr tapa biləcəyinə əmindir.
"Si Cinpin" teqi üzrə xəbərlər
- Azərbaycan və Çin arasında ticarət-iqtisadi və humanitar əməkdaşlıq müzakirə edilib
- Kremldə Vladimir Putinin Si Cinpinlə görüşü keçirilib
- Rusiya qırıcıları Si Cinpinin təyyarəsini müşayiət ediblər
- Prezident İlham Əliyevin Çin səfəri dünya mediasının diqqətində - Bizdən nə danışırlar?
- Lu Mey: "Prezident İlham Əliyev artıq 7 dəfə Çinə səfər edib"