Ağ ev Amerika qırıcılarının Küveyt, Qətər və Bəhreynə satılmasına razılıq verib. Sazişin ümumi dəyəri 8 milyard dollar həcmində dəyərləndirilib.
Oxu.Az xəbər verir ki, “Defense News”un məlumatına görə, Qətərə 4 milyard dollar 36 ədəd “F-15” qırıcısı, Küveytə 3 milyard dollar həcmində 28 F/A-18E/F “Super Hornet”, Bəhreynə isə 1 milyard dollar həcmində 17 ədəd “F-16” satılacaq.
Bu sazişlərin iki ildən artıq hakimiyyət tərəfindən nəzərdən keçirildiyi bildirilib.
N.O.
www.oxu.az