Venesuela lideri Nikolas Maduro ölkəsində elektrik enerjisinin bərpa olunması üçün həmvətənlərini Tanrıya dua etməyə çağırıb.
Onun bu haqda müraciəti “Twitter”də canlı yayımlanıb.
“Mən indi enerji təchizatının bərpa edilməsini istəyəcəyəm. Hər xırda şeyə fikir verməyi xahiş edirəm, istehlakın pik vaxtında bütün qadınları, kişiləri, uşaqları və gəncləri elektrik enerjisinə qənaət etməyi xahiş edirəm..”, - deyə Maduro bildirib.
O eyni zamanda ölkədə yaşayan bütün dinlərdən olan insanlardan Venesuela üçün dua etməyi xahiş edib.
“Venesuela üçün dua etməyinizi xahiş edirəm. Dualarınızda Venesuela üçün sülh təmənni edin. Tanrıya dua etsək, elektrik enerjisi də bəra olunacaq, Tanrıya dua etsək, enerji sistemi də işə düşəcək, ölkə aydınlacaq və xalq sülh və əminamanlığa qovuşacaq”, - deyə o bildirib.
Xatırladaq ki, martın 7-dən bəri Venesuelada güclü elektrik böhranı yaşanır. “El Quri” su elektrik stansiyasındakı qəzadan sonra ölkənin böyük hissəsi işıqsız qalmışdı. İnsidenti rəsmi Karakas xarici təxribat və diversiya kimi qələmə verir.
Rəylər