Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı Fransada aeroportda saxlanılıb, onun telefonu və kompüteri götürülüb.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə jurnalistlər qarşısında çıxışında bildirib.
Rusiyalı diplomat bildirib ki, aprelin 6-da Şarl de Qoll hava limanında baş verənləri izah etmək mümkün deyil.
"Həyata keçirilən demarşlar nəticəsində həmkarımızın ölkəyə girişinə icazə verilib, lakin o, bir gün hava limanının sərhəd zonasında qalmalı olub" - deyə rusiyalı diplomat vurğulayıb.
M.Zaxarova əlavə edib ki, hadisədən sonra Fransa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb, Fransaya etiraz notası verilib.