ABŞ-ın Corciya ştatında üç masaj salonuna edilən silahlı hücum nəticəsində səkkiz nəfər həlak olub, bir nəfər yaralanıb.
Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
İlk hadisə ştatın Akvort dairəsində yerləşən masaj salonunda qeydə alınıb. Naməlum şəxs insanlara atəş açıb. Nəticədə dörd nəfər ölüb, bir nəfər xəsarət alıb.
Digər insident isə təxminən bir saat sonra Bakhed rayonunda qeydə alınıb. Orada isə üç nəfər güllələnərək öldürülüb.
Daha bir hadisə isə yaxınlıqda yerləşən digər masaj salonunda baş verib və bir nəfər öldürülüb.
Beləliklə, ayrı-ayrı masaj salonlarına edilən silahlı hücum nəticəsində ümumilikdə səkkiz nəfər qətlə yetirilib.
Araşdırmaya başlayan Corciya ştatının hüquq-mühafizə orqanları cinayətdə şübhəli bilinən şəxsin hərəkət qrafikini müəyyən edib. Bir saat sonra hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Robert Aaron Lonq adlı gənc saxlanılıb.
“The New York Times” qəzetinin yazdığına görə, cinayətin irqi motivdən qaynaqlandığı istisna edilmir. Belə ki, öldürülən yeddi şəxs Asiya mənşəlidir.
13:18
ABŞ-ın Corciya ştatında üç masaj salonuna edilən silahlı hücum nəticəsində yeddi nəfər həlak olub, iki nəfər yaralanıb.
CNN telekanalı bu barədə yerli polis qurumlarına istinadən məlumat yayıb.
İlk hadisə ştatın Çeroki dairəsində yerləşən masaj salonunda qeydə alınıb. Naməlum şəxs insanlara atəş açıb. Nəticədə üç nəfər ölüb, ikisi xəsarət alıb.
Digər iki insident isə Atlanta şəhərində qeydə alınıb.
Belə ki, masaj salonlarına edilən silahlı hücum nəticəsində ümumilikdə dörd nəfər qətlə yetirilib.
ATAQUE A TIROS DEIXA 8 MORTOS NOS EUA (PARTE 01) - Um homem de 21 anos foi preso nesta terça-feira (16), horas depois de atirar e matar oito pessoas de origem asiática em três casas de massagem nos condados de #Woodstock e #Cherokee em #Atlanta, #Georgia, #EUA. pic.twitter.com/61uYhlzWtf
— Explora Digital (@exploradigital_) March 17, 2021