Amerikalı senator, ABŞ-ın “Respublikaçılar” partiyasından konqressmen Con Makkeyn 81 yaşında dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
“Senator III Con Makkeyn saat 04:28-də (Bakı vaxtı ilə bazar günü gecə saat 03:28) vəfat edib”, - deyə, onun ofisinin yaydığı bəyanatda deyilir.
Bildirilir ki, onun yanında həyat yoldaşı və doğmaları olublar.
“Ölüm anında o, artıq 60 ildir ki, ABŞ-a sədaqətlə xidmət edirdi”, - deyə, bəyanatda bildirilir.
Avqustun 4-də məlum olmuşdu ki, Makkeyn 2017-ci ildə aşkarlanmış beyin şişinin sonrakı müalicəsindən imtina edib. Ailə üzvlərinin sözlərinə görə, buna səbəb xəstəliyin inkişaf etməsi və Makkeynin yaşı səbəb olub.
Con Sidni Makkeyn 29 avqust 1936-cı ildə anadan olub. O, 2008-ci ildə Respublikaçılar partiyasından prezidentliyə namizədliyini irəli sürmüşdü.
Senator 2016-cı ildə seçilmiş ABŞ prezidenti Donald Trampın daxili və xarici siyasətinin sərt tənqidçisi kimi tanınır.
O, dəfələrlə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi barədə çıxışlar etmişdi.
Rəylər