Rusiyadan Tailanda uçan “Aeroflot” aviaşirkətinin təyyarəsi Banqkok aeroportunda qəza enişi edib.
Oxu.Az Life-a istinadən xəbər verir ki, Tailandın paytaxtına yaxınlaşarkən təyyarə hava boşluğuna düşüb, bu səbəbdən bir neçə sərnişin ciddi travma alıb.
Qeyd edilir ki, qəza zamanı təyyarədə olan sərnişinlərin təhlükəsizlik kəmərləri bağlı olmayıb, onlar oturacaqlarından sıçrayaraq tavana dəyib və müxtəlif xəsarətlər alıblar. Təyyarə yerə endikdən sonra onlar xəstəxanaya çatdırılıb.
Rusiyanın Tailanddakı səfirliyinin əməkdaşları xəstəxanada yaralılara baş çəkiblər.

N.О.
www.oxu.az