Mərkəzi administrativ əyalət üzrə Dİİ-nin istintaq şöbəsi tərəfindən Testovski küçəsində may ayının 26-da baş verən kütləvi dava faktı üzrə dələduzluq maddəsi ilə cinayət işi açılıb.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva üzrə Rusiya Federasiyası (RF) DİN Dİ-də xəbər verilib.
Paytaxtın hüquq mühafizə orqanlarında dəqiqləşdirilib ki, söhbət “Moskva-Siti” kompleksinin tikinti meydançasında baş verən kütləvi davadan gedir.
Polis idarəsinin mətbuat xidmətində deyildiyi kimi profilaktik-əməliyyat tədbirləri zamanı bu rayonun ərazisində yerləşən tikinti meydançasından ərazi polis idarələrinə 450 nəfər mühacir gətirilib.
“İdarəyə gətirilənlərin hamısı operativ bazalar üzrə yoxlanılaraq əvvəllər də hansısa cinayətə aidiyyatları olduqları araşdırılacaq. Bundan başqa, bu vətəndaşların mühacirlərə dair qanunvericiliyə və RF ərazisində əmək fəaliyyəti qaydalarına riayət etmələri yoxlanılacaq ”, - polis idarəsində deyiblər.
Eləcə də sözügedən kompleksin tikintisi ilə məşğul olan təşkilatda əmək qanunvericiliyinə riayət edilməsi yoxlanılacaq.