İranın Ali Rəhbəri Müctəba Xamenei ABŞ və İsraillə hərbi münaqişə davam etdiyi müddətdə ictimaiyyət qarşısına çıxmayacaq.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə TASS agentliyinə İran mənbələrindən açıqlama verilib.
"Təhlükəsizlik tədbirləri çərçivəsində zati-aliləri yaxın müddətdə ictimaiyyət qarşısına çıxmayacaq. Hökumət mövcud durumun sabitləşməsini gözləyir. Yalnız bundan sonra onun ictimai məkanlarda iştirakı mümkün olacaq", - deyə agentliyin mənbəsi bildirib.
Agentliyin məlumatına görə, ali rəhbərin cəmiyyət qarşısına çıxmaması birbaşa müharibə və təhlükəsizlik məsələləri ilə əlaqədardır.