NATO-nun daimi hərbi-dəniz qrupunun gəmiləri Türkiyənin Samsun limanına daxil olublar.
Oxu.Az “Anadolu”ya istinadla xəbər verir ki, Türkiyə HHD-nin “Fatih”, Niderland Kral HHD-nin “De Ruyter” və Rumıniyanın HHD-nin “Ros Regele Ferdinand” freqatlarının kapitanları Samsun vilayətinin qubernatoru Osman Qaymakın qəbulunda olublar.
O, Türkiyənin NATO blokuna üzvlüyünə yüksək qiymət verib və qeyd edib ki, Türkiyə hakimiyyəti NATO gəmilərinin ölkəyə səfərlərini alqışlayır.
