Hazırda Türkiyədə olan NATO-nun baş katibi Mark Rütte PKK terror təşkilatının özünü ləğv etməsinə münasibət bildirib.
Oxu.Az bu barədə "Anadolu" agentliyinə istinadən məlumat verib.
M.Rütte PKK-nın özünü ləğv etməsini olduqca əhəmiyyətli hadisə adlandırıb.
"Türkiyə NATO daxilində terror hücumlarından ən çox zərər çəkmiş ölkədir", - deyə NATO-nun baş katibi əlavə edib.