Nepal hökuməti şiddətli daşqın fəlakətinin təsirinə məruz qalan bölgələrdə axtarış-xilasetmə tədbirlərini yenidən başladıb.
Oxu.Az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Qeyd edək ki, bundan əvvəl bəndin dağılması və su anbarının məcrasından çıxması barədə xəbərlərdən sonra işlər müvəqqəti dayandırılmışdı.
Nepalda güclü daşqın səbəbindən ən çox zərər görən Rasuva əyalətinin rəsmilərinə su anbarının daşması ilə bağlı məlumat verilib.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, müvafiq məlumatı yerli nümayəndə Narendra Pariyara təsdiqləyib. O, çay sularının səviyyəsində artım müşahidə olunduğunu bildirib.
Nepal hüquq-mühafizə orqanlarının məlumatında axtarış, humanitar yardımlara qoşulan bütün güc strukturlarının nümayəndələrinə, xilasetmə qruplarına, eləcə də sakinlərə diqqətli olmaq, təhlükəsiz zonalara keçmək və ətrafdakıları xəbərdar etmək tövsiyə edilib.
Nəşr qeyd edir ki, gölün daşması barədə gələn xəbərlər səbəbindən Nepal hökuməti xilasetmə əməliyyatlarını saxlamağa məcbur olub, vətəndaşlar isə daha yüksək yerlərə təxliyə olunurlar.