Nepal hökuməti qonşu Tibetdə bəndin uçması barədə məlumatlarla bağlı vətəndaşlara və fövqəladə xidmətlərə müraciət edərək, dərhal təhlükəli zonaları tərk etməyə çağırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Kp.ru məlumat verib.
Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, Himalay bölgəsindən başlanğıc götürən çay yataqları boyunca sərhəd əraziləri daşqın riski altındadır. Suyun səviyyəsinin kəskin artması riski səbəbindən vəziyyət maksimum səfərbərlik tələb edir.
"Bütün təhlükəsizlik xidməti əməkdaşlarına, xilasedicilərə, həmçinin xilasetmə və humanitar əməliyyatlarda iştirak edən əhaliyə ayıq-sayıqlığı saxlamağı və dərhal təhlükəsiz yerə keçid etmələri israrla tövsiyə olunur", - deyə polisin rəsmi xəbərdarlığında bildirilib.