"İranın yeni Ali Rəhbəri Müctəba Xamenei ictimaiyyət qarşısına çıxa bilmir".
Oxu.Az AFP agentliyinə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib.
B.Netanyahu M.Xameneini "İslam İnqilabı Keşikçiləri Korpusunun əlaltısı" adlandırıb.
Baş nazir qeyd edib ki, əgər o, sığorta agenti olsaydı, M.Xameneiyə "həyat sığortası" verməzdi.