Niderland kralı Villem-Aleksandr Baş nazir Dik Şofun daha əvvəl hakim koalisiyanı tərk etmiş ifrat sağçı Azadlıq Partiyasına mənsub hökumət üzvlərinin istefa ərizəsini qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Niderland Krallıq Sarayının bəyanatında deyilir.
Bildirilir ki, nazirlərin səlahiyyətləri hökumətin digər üzvlərinə keçəcək. Baş nazir və digər nazirlər öz vəzifələrini qoruyublar.
Niderlandın sağçı populist "Azadlıq naminə" partiyası (PVV) hakim koalisiyanı tərk edir ki, bu da hökumətin dağılmasına və növbədənkənar seçkinin keçirilməsinə ehtiyac yaradır.
Oxu.Az xəbər verir ki, bu barədə "Der Telegraaf" məlumat verib.
PVV-nin yaradıcısı və lideri Qert Vilders "X" sosial şəbəkəsindəki hesabında partiyanın koalisiyadan çıxdığını elan edib. Həmçinin onun partiyasının üzvləri - beş nazir və dörd dövlət katibi də hökuməti tərk edəcəklər.
Buna səbəb koalisiya müttəfiqlərinin miqrasiya qanunlarının sərtləşdirilməsi planlarını dəstəkləməkdən imtina etməsi olub. Bu plana sığınacaq axtaranlar üçün sərhədlərin bağlanması, ailələrin birləşməsinin müvəqqəti dayandırılması və Niderlandda sığınacaq istəyənlərin Suriyaya qaytarılması daxildir.
"Bununla bağlı edə biləcəyimiz heç bir şey yox idi. Mən seçicilərə ən sərt sığınacaq siyasətini vəd etdim, amma bunu sizə verən olmadı", - deyə Vilders "X"də yazıb.