Niderlandın şərqində, Neykerk şəhərində yerləşən "İsraili dəstəkləyən xristianlar" təşkilatının binasının qarşısında partlayış baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "De Telegraaf" qəzeti məlumat yayıb.
"Cümə günü axşam saatlarında Qelderlandın Neykerk şəhərindəki İsrail Mərkəzində partlayış baş verib", - deyə açıqlamada qeyd olunub.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Mərkəzin ətrafı mühasirəyə alınıb və araşdırma başlayıb.