Haaqa polisi hökumət kompleksini mühasirəyə alıb.
Bu barədə asayiş keçikçilərinin “Twitter” səhifəsində məlumat yayılıb.
Məlumatda bildirilir ki, Niderland polisi partlayış həyəcanı səbəbindən parlament və Baş nazirin iqamətgahı da daxil olmaqla bir neçə binadan ibarət Binneenhof hökumət kompleksinin ərazisini dövrəyə alıb və burada olan bütün şəxsləri təxliyə edib.
“RTL Nieuws” telekanalının məlumatına görə, əraziyə daxil olmağa icazə verilmir.
Hazırda hüquq-mühafizə orqanları bomba həyəcanı ilə bağlı araşdırma aparırlar.
Op dit moment wordt het #Binnenhof ontruimt. Wij doen daar onderzoek na een bommelding. @PolJanHen
— Politie Eenheid Den Haag (@POL_DenHaag) March 25, 2021