İngiltərəli mütəxəssis Şon Dayç "Nottingem Forest" klubunun baş məşqçisi postunu tutub.
Oxu.Az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi məlumat yayıb.
54 yaşlı məşqçi ilə gələn ilin sonuna qədər müqavilə bağlanılıb. O bu vəzifədə Angelos Postekoqlu əvəzləyib.
Qeyd edək ki, hazırda "Nottingem Forest" İngiltərə Premyer Liqasında səkkiz oyundan sonra 5 xalla 18-ci yerdədir.