Nyu-Yorkun Bruklin rayonunda silahlı insident baş verib.
ABC telekanalının məlumatına görə, hadisə zamanı bir nəfər ölüb, 11 nəfər yaralanıb.
Məlumatlara görə, atışma uşaq meydançasında baş verib. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
İnsidentin səbəbi məlum deyil.