Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Öcalanın silahlı tərəfdarlarına müraciət edəcəyi gözlənilir
Kürdüstan İşçi Partiyası (PKK) terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə "Türkiyə" nəşri məlumat yayıb.
Çağırışda A.Öcalanın PKK-çıları silahı yerə qoymağa və Türkiyə ilə uzun illər davam edən silahlı qarşıdurmaya son verməyə səsləyəcəyi gözlənilir.
Mənbə iddia edir ki, A.Öcalanın çağırışı İraqın şimalındakı və Suriyadakı PKK yaraqlılarına, həmçinin təşkilatın Avropadakı tərəfdarlarına ünvanlanacaq.
Öcalanın silahlı tərəfdarlarına müraciət edəcəyi gözlənilir

Ən çox oxunanlar