Omanın xarici işlər naziri Bədr əl-Busaidi İran-ABŞ nüvə danışıqlarının növbəti mərhələsinin fevralın 26-da Cenevrədə keçiriləcəyini təsdiqləyib.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
"ABŞ-İran danışıqlarının fevralın 26-da Cenevrədə keçirilməsinin planlaşdırıldığını və razılaşmanın yekunlaşdırılması istiqamətində növbəti addımın atılması üçün müsbət perspektivlərin olduğunu təsdiqləməkdən məmnunam", - nazir özünün "X" hesabında yazıb.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçı fevralın 26-da Cenevrədə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla görüşə biləcəyini açıqlamışdı. Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında dolayı danışıqların əvvəlki mərhələsi fevralın 17-də Cenevrədə baş tutub.