OPEK-in baş katibi Məhəmməd Barkindo İranın neft naziri ilə neft hasilatının dondurulması məsələsini müzakirə edib.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə İranın neft Nazirliyində olan mənbə bildirib.
“OPEK-in baş katibi Barkindo hazırda iranın neft naziri Bijan Zanqane ilə görüşdədir. Görüşdə neft bazarında son hadisələr və hasilatın dondurulması məsələsi müzakirə edilir”, - mənbə bildirib.
“Zanqane ilə görüşdən öncə Barkindo İranın OPEK-dəki daimi nümayəndəsi Hüseyn Kazempru ilə görüşüb, onlar neftin qiymətindəki böhranı və hasilatın dondurulmasını müzakirə ediblər”, - mənbə bildirib.
OPEK üzv ölkələri snetyabrın 26-dan 28-nə qədər Əlcəzairdə XV Beynəlxalq energetika forumu çərçivəsində qeyri-rəsmi iclas keçirməyi planlaşdırırlar. Bu görüşdə OPEK-in təşkilata daxil olan və olmayan ölkələrlə hasilatın dondurulmasına dair danışıqları bərpa edəcəyi gözlənilir.
N.O.
www.oxu.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin