Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Orban: "Atəşkəs danışıqları ilə bağlı Rusiyanı razı salmaq mümkün olub"
"Rusiya-Ukrayna münaqişəsində atəşkəs danışıqları ilə bağlı Moskvanı razı salmaq mümkün olub".
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban həftəlik mətbuat konfransında deyib.
O bildirib ki, yeni il ərəfəsində əldə oluna biləcək atəşkəs qısamüddətli sülh üçün ümid olduğunu göstərəcək.
"Atəşkəs 2-3 gün davam edə bilər. Bununla bağlı Ukraynanın da mövqeyini dəyişməsi mümkündür", - Orban bildirib.
Orban, həmçinin qeyd edib ki, rəsmi Kiyev təxribatlara getməməlidir.
"Müharibə dövründə ən vacib məsələ strateji soyuqqanlılıqdır. Yeni il ərəfəsində atəşkəs təklifi hələ də gündəmdədir. Ukrayna Prezidenti Volodimir Zelenski bu təklifi qəbul edib-etməmək barədə məsuliyyət daşıyır", - nazir vurğulayıb.
Siyasətçinin sözlərinə görə, artıq insanlar müharibədən, sanksiyalardan beziblər.
Qeyd edək ki, Zelenski daha əvvəl Macarıstanın vasitəçiliyindən imtina etdiyini bildirib.
"Viktor Orban" teqi üzrə xəbərlər
- Viktor Orban Volodimir Zelenskiyə səsləndi
- Viktor Orban: "Rusiya-Ukrayna müharibəsinin ən təhlükəli həftələridir"
- Orban Moskvadakı 9 May paradına qatılmayacaq
- Orban: "500 illik Qərb hökmranlığı sona çatdı, qarşıdan Avrasiya əsri gəlir"
- Orban: "Macarıstan istixana emissiyalarını 50 faiz azaltmağı hədəfləyir"
Rəylər