Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Özbəkistandan Rusiyaya uçan sərnişin təyyarəsi PUA hücumu ilə əlaqədar istiqamətini dəyişib
Özbəkistanın paytaxtı Daşkənddən Rusiyanın Kazan şəhərinə uçan "Red Wings" aviaşirkətinə məxsus sərnişin təyyarəsi PUA hücumları ilə əlaqədar aeroporta eniş edə bilməyib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın "Mediazona" portalı məlumat yayıb.
Nəticədə təyyarə Samara şəhərinin aeroportuna eniş etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Tatarıstanın paytaxtı yanvarın 20-də səhər saatlarında kütləvi dron hücumuna məruz qalıb. Bununla əlaqədar Kazan hava limanı fəaliyyətini dayandırıb.
"Kazan" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər