Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Pakistan ordusu: "Hindistan atəşkəsi pozarsa, sərt cavab alacaq"
Hindistanın yenidən hərbi əməliyyatlara başlaması Pakistanın daha güclü reaksiyasına səbəb olacaq.
Oxu.Az "Financial Times" qəzetinə istinadən xəbər verir ki, belə bir xəbərdarlıqla Pakistan Silahlı Qüvvələrinin Xidmətlərarası İctimai Əlaqələr Xidmətinin rəisi Əhməd Şərif Çoudri çıxış edib.
"Pakistan və Hindistan iki nüvə dövlətidir. Hindistan hərbi münaqişəyə başlamaq istəyirsə, odla oynayır. Əgər o, atəşkəsi pozmağa çalışarsa, daha da sərt zərbələr endirəcəyik", - deyə Çoudri bildirib.
Pakistan Silahlı Qüvvələrinin mətbuat katibi beynəlxalq ictimaiyyəti Hindistanı münaqişənin daha da gərginləşməsindən çəkindirməyə çağırıb.
Xatırladaq ki, Hindistan və Pakistan arasında münasibətlər aprelin 22-də Hindistan birliyinin Cammu və Kəşmir ərazisindəki Pahalqamda törədilən terror aktından sonra gərginləşib. Mayın 7-nə keçən gecə Hindistan silahlı qüvvələri Pakistan və Pakistanın nəzarətində olan Kəşmirdəki hədəfləri vuraraq "Sindur" əməliyyatına başlayıb. Pakistan cavab zərbəsi endirib. Mayın 10-da Hindistan və Pakistan tam atəşkəs elan ediblər. Hindistan rəsmiləri bildiriblər ki, "Sindur" hərbi əməliyyatı dayandırılıb, lakin yekunlaşdırılmayıb.
"Hindistan-Pakistan gərginliyi" teqi üzrə xəbərlər
- Hindistan ilk dəfə etiraf etdi: "Pakistanla toqquşmalarda bir neçə qırıcımız vurulub"
- Trampın sülh təşəbbüsləri niyə puça çıxır?
- İki nüvə dövləti arasında gərginlik: Hava məkanları qarşılıqlı bağlandı
- Hindistanla Pakistan qoşunları əvvəlki mövqelərə çəkmək barədə razılığa gəliblər
- Hindistanla Pakistan arasında atəşkəs rejiminin bitmə tarixi ilə bağlı AÇIQLAMA