Pakistanın Bəlucistan əyalətinin paytaxtı Kvettada törədilən partlayış nəticəsində azı dörd nəfər ölüb, 13 nəfər yaralanıb.
Hadisə şəhərdəki Səlim Tibb Kompleksinin yaxınlığında baş verib.
Partlayışın səbəbi hələ ki müəyyən edilməyib.
Yayılan məlumatlara görə, təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb.
Mənbə: “RİA Novosti”