Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Pakistanın hakim partiyasına yenidən keçmiş baş nazir rəhbərlik edəcək
Pakistanın keçmiş baş naziri Nəvaz Şərif yenidən özünün yaratdığı, hakim Pakistan Müsəlman Liqası-N (PML-N) partiyasına rəhbərlik etməyə hazırlaşır.
Bu barədə "Business Recorder" nəşri məlumat verib.
Nəşrin məlumatına görə, mayın 28-də Lahor şəhərində PML-N Baş Şurasının iclası keçiriləcək və orada Nəvaz Şərifin partiyanın sədri seçiləcəyi gözlənilir.
Qeyd edək ki, mayın 11-də Nəvaz Şərifin kiçik qardaşı, Baş nazir Şahbaz Şərif son altı ildə tutduğu PML-N-in sədri vəzifəsindən istefa verib.
Xatırladaq ki, fevralın sonunda həmçinin "The News" qəzeti də PML-N rəhbərliyində dəyişikliklərin mümkünlüyü barədə yazmışdı. Yazıda qeyd edilmişdi ki, Nəvaz Şərif PML-N-in sədri vəzifəsində Şahbaz Şərifi əvəzləyəcək, çünki o, Pakistanın baş naziri kimi and içdikdən sonra partiya işlərini idarə etməkdə çətinlik çəkəcək.
"Pakistan" teqi üzrə xəbərlər
- Pakistanda silahlıların ələ keçirdikləri qatardakı bütün girovlar azad edilib
- Pakistanda qatarda girov götürülən sərnişinlər arasında ölənlər var
- DNA: "Vardanyan Pakistanın "hüquq müdafiəçisi" vasitəsilə cinayət məsuliyyətindən yayınmağa çalışır"
- Pakistan "Taliban"ı ABŞ silahlarından istifadə etməkdə ittiham edir
- Pakistanda terror aktı: Ölənlər və yaralananlar var