"ABŞ hesab edir ki, İrana qarşı ABŞ-İsrail əməliyyatı kontekstində Rusiya və Çin ilə hər hansı problemi yoxdur".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ABŞ hərb naziri Pit Heqset mətbuat konfransında bəyan edib.
"Bizim problemimiz onlarla deyil, İranın nüvə ambisiyaları ilədir", - deyə o, Moskva və Pekinin İrana qarşı əməliyyata münasibətini şərh edərkən bildirib.
Heqset qeyd edib ki, bu məsələ ilə bağlı onun Rusiya və Çinə heç bir mesajı yoxdur.