Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Perunun baş naziri qohumbazlıq qalmaqalına görə istefa verib
Peru Nazirlər Şurasının sədri Alberto Otarola Baş Prokurorluğun ona qarşı qohumbazlıqda şübhəli bilinərək ilkin istintaqa başlamasından sonra istefa verib.
“Bu gün respublika prezidenti ilə söhbət zamanı mən ona Nazirlər Şurasının sədri vəzifəsindən istefa vermək qərarım barədə məlumat verdim”, - deyə Otarola bildirib.
Onun sözlərinə görə, o, bu qərarı ona görə verib ki, dövlət başçısı Dina Boluarte hökumətdə kadr dəyişikliyi aparsın. Otarola yenə də günahsız olduğunu qeyd edib. “İşə qəbulla bağlı heç bir qanun pozuntusu, sövdələşmə və ya tərəfkeşlik olmayıb”, - deyə keçmiş sədr qeyd edib.
Mənbə: TASS
"Peru" teqi üzrə xəbərlər
- Peruda avtomobilin üzərinə qaya parçası düşdü: Ölənlər var
- Bayden həyat yoldaşının onu hədələməsindən danışdı: "Məni kosmosa göndərmək istəyir"
- Perunun futbol federasiyasının prezidenti cinayətkar dəstə təşkil etdiyinə görə həbs edildi
- Peruda gənc müğənni konsertdən dərhal sonra güllələndi, meyiti isə qastrol avtobusundan atıldı
- Peruda güclü zəlzələ oldu
Rəylər