Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Polşa Belarusla sərhəddə yük maşınlarının keçidini dayandırdı
Polşa Belarusla sərhəddəki Kozloviçi keçid məntəqəsində yük maşınlarının buraxılışını dayandırıb.
Bu barədə Belarus Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Kozloviçi keçid məntəqəsi Belarusdan gələn yük maşınlarını qəbul etmir. Gömrük Komitəsi ötən gecə nəzarət-buraxılış məntəqəsində 600-ə yaxın yük maşınının yığıldığını qeyd edib.
Hazırda Belarus-Polşa sərhədində yerləşən altı yol-keçid məntəqəsindən dördü Varşavanın təşəbbüsü ilə fəaliyyət göstərmir. Polşa indiyədək yalnız Avropa İttifaqı və Avropa Azad Ticarət Assosiasiyası ölkələrində qeydiyyatdan keçmiş yük avtomobillərinin Kozloviçi keçid məntəqəsindən keçməsinə icazə verib. Sərnişin nəqliyyat vasitələrinin hərəkəti isə Terespol (Brest) keçid məntəqəsi vasitəsilə həyata keçirilir.
Mənbə: TASS