Lüks geyim markası istehsalçısı "Capri Holdings Ltd" "Prada" moda evi ilə İtaliyanın "Versace" brendinin alınması üçün yekun razılaşmanın bağlandığını elan edib.
Oxu.Az bu barədə TASS-a istinadən məlumat verib.
Şirkət mətbuata açıqlamasında bildirib ki, dəyəri təqribən 1.4 milyard dollar olan müqavilənin 2025-ci ilin ikinci yarısında bağlanacağı gözlənilir.