Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Prezident dilemması: Baydenin məsləhətçiləri seçki yarışından çıxış yolu axtarırlar
ABŞ Prezidenti Co Baydenin məsləhətçiləri onu seçki yarışından çıxmağa inandırmaq üçün yollar tapmağa çalışırlar.
Oxu.Az-ın məlumatına görə, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən məlumat verib.
Bildirilib ki, prezidentin bir neçə köməkçisi və müşaviri onun seçkidə iştirak etməməli olduğuna getdikcə daha çox əmin olurlar və onu buna "inandırmaq üçün yollar tapmağa" çalışırlar.
Ağ Ev bu məlumatı inkar edib.
"Qətiyyətlə, bu doğru deyil. Prezident Baydenin komandası onun yanında möhkəm dayanır", - deyə Ağ Evin mətbuat katibi Endru Beyts qəzetə bildirib.
Bundan əvvəl NBC telekanalı məlumat vermişdi ki, Baydenin bir neçə yaxın məsləhətçisi onun yenidən seçilmək şansını tamamilə itirdiyinə əmindir. Telekanalın verdiyi məlumata görə, son qərar Baydenin özündədir. Eyni zamanda, prezidentin seçki kampaniyasının gələcək taleyi ilə bağlı müzakirələrin gedişindən xəbərdar olan iki demokrat NBC-yə bildirib ki, onun yaxın dairəsi - ailə üzvləri və bir neçə köhnə müşavirlə məhdudlaşıb.
Xatırladaq ki, qəribə hərəkətləri ilə gündəmdən düşməyən Bayden dünən keçirilən NATO sammitində də kobud səhvlərə yol verib. Belə ki, Ağ Ev rəhbəri ukraynalı həmkarı Volodimir Zelenskini "Ukrayna Prezidenti Putin" kimi təqdim edib. Bundan əlavə, C.Bayden ABŞ-nin vitse-prezidenti Kamala Harrisi siyasi rəqibi Donald Trampla səhv salıb.
Rəylər