Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Xəzər sahillərində ilk dəfə mindən çox ölü suiti tapıldı
Alimlər Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahillərində mindən çox suitinin tələf olma səbəblərini araşdırırlar.
Oxu.Az xəbər verir ki, Qazaxıstan Hidrobiologiya və Ekologiya İnstitutunun direktoru Nurqali Baymukanovun TASS-a verdiyi məlumata görə, mütəxəssislər ilk dəfədir bu qədər ölü suiti qeydə alırlar.
Agentliyin həmsöhbəti qeyd edib ki, heyvanların ölüm səbəblərini hələ də dəqiq açıqlamaq mümkün deyil.
"Tələfatın səbəbini tapmaq üçün çoxlu sayda tədqiqatlar aparmaq lazımdır. Bunun səbəbləri çirklənmə, seysmik fəaliyyət şəklində təbii fəlakətlər ola bilər. Heyvanlarda ölümlə nəticələnə biləcək virusların olub-olmadığını öyrənəcək virusoloqlar da öz sözünü deməlidirlər", - deyə Baymukanov bildirib.
O qeyd edib ki, ölmüş suitilərin kiçik bir hissəsində zədələnmə əlamətləri var, lakin mütəxəssisin fikrincə, bu, ölüm səbəbləri barədə nəticə çıxarmağa əsas vermir.
"Xəzər dənizi" teqi üzrə xəbərlər
- Xəzər dənizində suyun çəkilməsi daha da aktivləşib
- Azərbaycanda süni torpaq sahəsinin icarə haqqının hesablanması qaydası təsdiqləndi
- Yusif Cabbarov: "Rəqəmsal İpək Yolu" layihəsinin yeni mərhələsi Avropa və Asiyanı birləşdirəcək"
- Xəzər dənizində zəlzələ oldu
- Dəniz və çay balıqları niyə yoxa çıxıb? - Ekspert səbəbləri açıqladı