Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qəzzada saxlanan girovların azad edilməsi ilə bağlı razılıq əldə olundu
Qəzza zolağında vəziyyətin nizamlanması üzrə dolayı danışıqlar zamanı bölgədə saxlanılan israilli girovların may ayında azad edilməsinə dair razılıq əldə olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Fələstinin HƏMAS hərəkatına yaxın olan "Maan" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, israilli girovların, o cümlədən ABŞ vətəndaşlığı da olan girovun may ayı ərzində azad edilməsi ilə bağlı prinsipial razılaşma mövcuddur.
Bildirilib ki, misirli vasitəçilər, HƏMAS və İsrail nümayəndələri arasında bu məsələ ilə bağlı məsləhətləşmələr yaxın günlərdə davam etdiriləcək.
"Qəzza zolağı" teqi üzrə xəbərlər
Ən çox oxunanlar