“Rusiya-1” telekanalı “Qərbin qorxduğu Rusiyanın super silahı” adlı sənədli film çəkib.
Oxu.Az xəbər verir ki, söhbət “İsgəndər” raket komplekslərindən gedir.
Jurnalist Arkadiy Mamontov operativ-taktiki raket komplekslərinin yerləşdiyi ərazidə olub və xidməti heyətlə söhbət aparıb.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya “İsgəndər M” raket komplekslərinin Kalininqrad viləyətində yerləşdirilməsi faktını rəsmən təsdiqləyib.
S.B.
www.oxu.az