İranın Mərkəzi ostanında pilotsuz uçuş aparatları və raket komponentlərinin istehsal olunduğu müəssisələr barədə məlumatları düşmənə ötürən şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.
"SEPAH-ın Kəşfiyyat Təşkilatının İmam Zamanın adsız əsgərləri Mərkəzi ostanında pilotsuz uçuş aparatları və raket komponentlərinin istehsal olunduğu müəssisələr barədə düşmənə məlumat ötürən şəxsi saxlayıblar", - deyə bəyanatda bildirilib.