Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiya-Qazaxıstan sərhədində gərginlik: Təhlükəsizlik qüvvələri hər kəsi üzüstə yerə yıxdı
Rusiya təhlükəsizlik qüvvələri Rusiya-Qazaxıstan sərhədində növbədə duran hər kəsi üzüstə asfalta uzadıblar.
Bu barədə Oxu.Az "Baza" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, çox güman ki, bu, keçid məntəqəsində münaqişənin qarşısının alınması məqsədilə həyata keçirilib.
Belə ki, Çelyabinsk vilayətinin Troitski rayonundakı "Buqristoe" nəzarət-keçid məntəqəsində münaqişə yaranıb. Beş nəfər arasında növbə üstündə mübahisə düşüb, onlar dalaşmağa və yüksək səslə söyüş söyməyə başlayıblar. Bu zaman sərhədçilər və onlarla birlikdə olan polis əməkdaşları hamını sərt şəkildə "sakitləşdirmək" qərarına gəliblər.
Mübahisəni təhrik edən əsas şəxs aradan çıxmaq vaxtının gəlib çatdığını hiss edərək Qazaxıstan istiqamətinə keçib, lakin Rusiyada qalma müddətini uzatmaq üçün növbədə qalanların hamısını qəfildən maşından düşürüb üzüstə asfalta uzadıblar.
"Baza"nın məlumatına görə, sərhəddə necə davranmaq barədə hamı ilə profilaktik söhbət aparılıb və daha sonra nəzarət-keçid məntəqəsi normal iş rejiminə qayıdıb.
Rəylər