“Ədalətli Rusiya” fraksiyasının sədr müavini Oleq Nilov Ukraynada keçiriləcək “Eurovision” mahnı müsabiqəsinə Rusiyadan İosif Kobzonu və A.V.Aleksandrov adına mahnı və rəqs ansamblını göndərməyi təklif edib.
Oxu.Az Rambler news məlumat yayıb.
“Mənim təklifim İosif Davıdoviçi Aleksandrov xoru ilə mayın 9-da Kiyevə (müsabiqəyə) göndərməkdir, əgər Ukrayna imtina edərsə, gəlin müvafiq tədbirlər görək”, - Nilov bunu Dövlət Dumasının plenar iclasında bəyan edib.
Ukrayna “Eurovision-2017”-ni qəbul etmək hüququnu Camalanın 2016-cı ildə Stokholmda keçirilən müsabiqədə “1944” mahnısı ilə qalib gəldikdən sonra qazanıb. Müsabiqənin finalı mayın 13-nə, yarımfinallar isə 9 və 11-nə planlaşdırılıb.
N.О.
www.oxu.az