Rusiyada son sutka ərzində koronavirusa 8998 yeni yoluxma halı qeydə alınıb.
Bu barədə Rusiyanın koronavirusla mübarizə üzrə operativ qərargahından məlumat verilib.
Sözügedən göstərici 1 oktyabr tarixindən sonra ilk dəfə qeydə alınıb.
Belə ki, sonuncu dəfə oktyabrın ilk günündə Rusiyada yoluxma sayı doqquz mindən az olub.