Rusiya paytaxtında Şeremetyevo hava limanında Moskva-Tomsk reysi ilə uçan təyyarədə insident baş verib. Belə ki, sərnişinlərdən biri təyyarəni partlatmaqla hədələyib.
Bu barədə gazeta.ru hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadla məlumat yayıb.
Bildirilir ki, kişinin bu hədəsinə səbəb onun maska taxmaq istəməməsi olub.
İlkin məlumata görə, kişi sərxoş olub. O saxlanılıb. Sərnişinlər isə baqajları yoxlanıldıqdan sonra başqa təyyarəyə köçürülüb.