Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rusiyadan Haniyənin qətlinə reaksiya: "Gərginliyin daha da artmasına səbəb olacaq"
Fələstinin radikal HƏMAS qruplaşmasının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə Rusiya Xarici İşlər Nazirliyi münasibət bildirib.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov hadisəni pisləyib.
"Bu, qətiyyən qəbuledilməz bir siyasi qətldir və gərginliyin daha da artmasına səbəb olacaq", - deyə Boqdanov bildirib.
Qeyd edək ki, İsmayıl Haniyə Tehranda İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib. O, Tehrandakı iqamətgahına döndükdən sonra raket hücumu nəticəsində həyatını itirib.
"İsmayıl Haniyəyə qarşı sui-qəsd" teqi üzrə xəbərlər
- İsrail ilk dəfə Haniyənin Tehranda öldürülməsini etiraf etdi
- Kazem Cəlali: "Əgər İsrail Müdafiə Ordusu yenə nəsə etsə, İranın cavabı daha sərt olacaq"
- İran İsraili hədələdi: "Yaxın zamanda Haniyənin qisası alınacaq"
- ABŞ HƏMAS-ın altı liderinə cinayət ittihamları irəli sürüb
- İran İsrailə niyə hücum etmədi?
Ən çox oxunanlar