Finlandiya Xarici İşlər Nazirliyi ölkənin hava məkanının Rusiya tərəfindən təkrar pozulmasına dair iddialardan sonra rusiyalı diplomatı çağırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" nəşri yazıb.
"Finlandiya Xarici İşlər Nazirliyi çərşənbə günü (11 may - red.) bəyan edib ki, Rusiyanın baş diplomatını iyunun 10-da Finlandiya hava məkanının pozulması iddiası ilə bağlı Helsinkiyə çağırıb və bu da üç həftədən az bir müddətdə ikinci belə hadisədir", - deyə məlumatda qeyd edilib.
Jurnalistlərin sözlərinə görə, Finlandiya səlahiyyətliləri 10 iyun tarixində ölkənin hava məkanının Rusiya tərəfindən pozulduğunu bildiriblər.
İddialara görə, Rusiyaya məxsus hərbi təyyarə ölkənin cənubunda Porvoo sahillərində Finlandiya hava məkanına daxil olub.