Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rusiyanın ən böyük hərbi yük təyyarəsi gözlənilmədən İrana eniş edib
Qeyri-rəsmi mənbələr Rusiyanın ən böyük hərbi yük təyyarəsi olan "An-124"ün Tehrana eniş etdiyini açıqlayıblar.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, "An-124" təyyarələri hətta qırıcıları daşımağa qadirdir. Qeyd olunur ki, bir neçə ay öncə həmin təyyarə İrana "Yak-130" təlim qırıcılarını çatdırıb.
Bildirilib ki, hələlik təyyarənin missiyası məlum deyil. Bundan öncə yüksəksəviyyəli Qərb rəsmiləri Rusiya ilə İran arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması barədə xəbərdarlıq ediblər.
Qeyd olunub ki, HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra Qərb rəsmiləri vurğulayıblar ki, İran Rusiyaya "Fəth-360" raket sistemi göndərmək niyyətindədir və eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin İrana "Suxoy-35" qırıcı təyyarəsinin tədarükünə razılıq verəcəyi gözlənilir.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Şimali Koreya Rusiyaya qoşun göndərir
- Ovçu dostunu qunduz hesab edərək güllələdi
- "Stepaşka", "Karkuşa" və "Xryuşa"nı səsləndirən aktrisa vəfat etdi
- KİV: ABŞ Zaporojye, Donetsk, Luqansk və Xerson üzərində Rusiyanın nəzarətini de-fakto tanıyır
- Moskva vilayətində generalın ölümü ilə nəticələnən partlayışın ANBAAN GÖRÜNTÜLƏRİ