Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 89 440 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 915 tank, 5 877 zirehli maşın, 1 904 artilleriya sistemi, 395 reaktiv yaylım atəşi sistemi, 210 hava hücumundan müdafiə sistemi, 280 təyyarə, 261 helikopter, 1 562 PUA, 531 qanadlı raket, 16 gəmi/qayıq, 4 441 avtomobil texnikası və avtosistern, 163 xüsusi texnikadan ibarətdir.
