Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 276 270 hərbçisi məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, Rusiyanın digər döyüş itkiləri 4 667 tank, 8 927 zirehli maşın, 6 260 artilleriya sistemi, 791 RYAS (reaktiv yaylım atəşi sistemi), 533 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 4 895 operativ-taktiki PUA, 1 518 qanadlı raket, 20 gəmi/qayıq, 1 sualtı qayıq, 8 746 avtomobil və sistern, 918 xüsusi texnikadan ibarətdir.
