Sankt-Peterburqda suya düşən avtobusda olan 15 sərnişindən dördü dünyasını dəyişib, daha dördü isə kliniki ölüm vəziyyətindədir.
Məlumata görə, qəza törədən avtobusun sürücüsü saxlanılıb.
15:30
Sankt-Peterburqda Moyka çayının sahilində avtobus iki minik maşını ilə toqquşub. Toqquşmadan sonra salonunda 20 sərnişin olan ictimai nəqliyyat vasitəsi çaya düşüb.
Məlumata görə, insident nəticəsində, bir nəfərin ölüb, xeyli sayda yaralanan var.
Hadisə yerində xilasetmə işləri gedir.
Hazırda dalğıclar suda axtarış-xilasetmə işlərini davam etdirirlər.
Mənbə: İz.ru, RİA Novosti
Rəylər