Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İran İsrailin mərkəzi hissəsini yenidən raketlərlə vurub
İsrail ordusu İrandan yeni raket hücumunu qeydə alıb.
Oxu.Az -ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Ordusu (IDF-SAXAL) məlumat yayıb.
Ölkə əhalisinə sığınacaqlara getmək tövsiyə olunub.
KİV digər yerlərlə yanaşı, Tel-Əviv bölgəsində də hava hücumu sirenlərinin eşidildiyini bildirib. Partlayış səsləri eşidilib.
"Ynet" portalının məlumatına görə, bu dəfə ümumilikdə beşə yaxın raket atılıb. Portal xəbər verir ki, atəşdən sonra ölkənin mərkəzi hissəsindəki binalardan birinə ziyan dəyib.
İran hərbçiləri Hayfada İsrail Daxili İşlər Nazirliyinin binasına zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Məlumata görə, hücum İsrailin iyunun 18-də Tehranda təhlükəsizlik xidmətinin binasına endirdiyi zərbəyə cavab olaraq həyata keçirilib.
İran İsrailin bir sıra hərbi obyektlərinə, o cümlədən Nevatim və Hatzerim aviabazalarına raket zərbələri endirib.
Oxu.Az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında bildirilir.
Məlumata görə, "Doğru vəd - 3" əməliyyatının 17-ci mərhələsi çərçivəsində hərbi komplekslər, müdafiə müəssisələri, komanda mərkəzləri, İsrailin hərbi əməliyyatlarına dəstək verən şirkətlər, eləcə də Nevatim və Hatzerim aviabazaları da daxil olmaqla bir sıra hədəflərə zərbələr endirilib.
İsrail mediasının məlumatına görə, İranın raket hücumu nəticəsində Hayfa şəhərinin əsas limanı yaxınlığındakı binalar zədələnib. Xəsarət alanların sayı 17 nəfərə çatıb və onlara lazımi tibbi yardım göstərilib.
İran İsrailə superağır raketlər və PUA-larla yeni irimiqyaslı hücum həyata keçirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) rəsmi nümayəndəsi "X" hesabında yazıb.
"Həqiqi vəd - 3" əməliyyatının 17-ci dalğası PUA-lar və SEPAH-ın uzaqmənzilli və superağır raketlərindən istifadə etməklə, kombinləşdirilmiş zərbə ilə başladı", - deyə o, paylaşımda bildirib.
İran İsrailin hökumət binalarını və Knesseti vurub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İran mətbuatı məlumat verib.
Qeyd olunub ki, Hayfa ilə yanaşı Qüds, Təl-Əviv, Beyr-Şeva və bir sıra digər yaşayış məntəqələri də raket atəşinə tutulub.
"The Times of Israel" nəşri isə fövqəladə hallar xidmətinə istinadən xəbər verib ki, İranın ballistik raketinin Hayfaya düşməsi nəticəsində biri yeniyetmə olmaqla, iki nəfər yaralanıb.
"Magen David Adom xəstəxanasından bildirilib ki, 16 yaşlı yeniyetmənin vəziyyəti ağır, 54 yaşlı kişi isə orta ağırdır. Hər ikisi qəlpə yaraları alıb", - deyə nəşr yazıb.
İran Silahlı Qüvvələri İsrailə qarşı yeni hücum dalğası çərçivəsində təxminən 30 raket buraxıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı İranın IRIB dövlət televiziya kanalı yayıb.
İsrail ordusu İran ərazisindən raketlərin buraxıldığını qeydə alıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti xəbər yayıb.
Bildirilir ki, hazırda İsrail ordusu havadan gələn hədəflərin qarşısını almaq üçün müdafiə əməliyyatlarına başlayıb.
Raket hücumu ilə əlaqədar olaraq İsrailin bir sıra bölgələrində əhaliyə sığınacaqlara yaxın ərazidə qalmaq tövsiyə edilib. Yaxın dəqiqələrdə hava həyəcanı siqnalının işə düşəcəyi gözlənilir.
İran İsrailə qarşı həyata keçirdiyi hücumlar çərçivəsində ən yeni "Emad" və "Qadr" tipli ballistik raketlərdən istifadə edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı SNN yayıb.
İranın raket hücumu nəticəsində Beer-Şevada azı 30 nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin "Kanal 12" telekanalı məlumat yayıb.
Bildirilib ki, hazırda hadisə yerində xilasedicilər işləyirlər. Yaşayış binaları və maşınlara ziyan dəyib.
Eyni zamanda qeyd olunub ki, şəhər şimal istiqamətində yerləşən vağzal da bağlanıb.
İran səhər saatlarından etibarən İsrail ərazisinə raket hücumunun yeni dalğasını başlayıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı İsrail Müdafiə Ordusu (SAXAL) məlumat yayıb.
"İsrail Hərbi Hava Qüvvələri hazırda raketləri ələ keçirir və təhlükəni aradan qaldırmaq üçün lazım olan yerə zərbələr endirir", - deyə bildirilib.
Məlumatda əhaliyə Daxili Qoşunlar Komandanlığının göstərişlərinə əməl etmək çağırışı da yer alıb.
Xilasedicilər İsrailin cənubunda İran raketinin düşdüyü yerdə işləyir. "İsrael Hayom" qəzetinin məlumatına görə, raketin Beer-Şeva şəhərində düşməsi nəticəsində bir neçə avtomobil yanıb, yaşayış binalarına ziyan dəyib.
"Times of Israel" xəbər verir ki, raketlərdən biri "Microsoft" şirkətinin Beer-Şevadakı ofisinin yaxınlığına düşüb.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İsrail təsdiqlədi: İran hərbi obyektlərə zərbə endirib
- Fidan: "Türkiyə ABŞ-nin nüvə proqramı danışıqları ilə bağlı mövqeyini İrana çatdırıb"
- ABŞ mediası: "Tehrandakı həbsxanadan İsrailə qarşı kəşfiyyat əməliyyatları üçün istifadə edilirdi"
- Kats: "İran İsrailə qurudan girməyə hazırlaşırdı"
- İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı mini keçdi